Çağrı Mərkəzi: 960
"Gələcəyə baxış” Avrasiya Patent Universiadası - 2022

"Gələcəyə baxış” Avrasiya Patent Universiadası - 2022

Avrasiya Patent İdarəsi (APİ) tərəfindən növbəti “Gələcəyə baxış” Avrasiya Patent Universiadası keçirilir. 2022-ci ildə bilik yarışması ““Yarat! İxtira et! Təəccübləndir!” devizi altında təşkil olunur.

Universiada iki yaş kateqoriyası üzrə yaradıcılıq işləri (elmi-texniki yaradıcılığın nəticələrini əks etdirən işlər) və yaradıcı layihələr (sənaye nümunəsi sahəsində orijinal həlləri üzə çıxaran layihələr) müsabiqəsi formasında keçirilir:



1-ci yaş kateqoriyası - 10 yaşdan 17 yaşa qədər;

2-ci yaş kateqoriyası - 18 yaşdan 25 yaşa qədər.

Yaradıcılıq işlərinin Avrasiya Patent İdarəsinə göndərilməsi üçün son tarix: 30 aprel 2022-ci il.

Universiadanın nəticələri 2022-ci il mayın 31-dək açıqlanacaq.

Yarışmanın qalibləri və mükafatçıları APİ-nin “Gələcəyə baxış” medalı və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Universiada ilə bağlı daha ətraflı məlumatı Avrasiya Patent Təşkilatının internet səhifəsindən əldə edə bilərsiniz.

Search×