Çağrı Mərkəzi: 960
“Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri arasında Azərbaycan nümayəndəsi də var

“Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri arasında Azərbaycan nümayəndəsi də var

Əqli Mülkiyyət Agentliyində Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilmiş “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının nəticələri ilə bağlı tədbir keçirilib.

Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ölkə rəhbərliyinin elm-təhsil sahəsinə xüsusi qayğısını vurğulayıb, Agentlik tərəfindən elm adamlarına, yaradıcı şəxslərə və ixtiraçılara olan dəstəyə və bu sahədə göstərilən xidmətlərin keyfiyyətinə xüsusi önəm verildiyini bildirib. O, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Fərman imzaladığını qeyd edərək ölkəmizdə ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdiriləcəyini diqqətə çatdırıb.

S.Tapdıqov ölkəmizi təmsil edən şagird və tələbələrin, gənc alimlərin həm APT tərəfindən keçirilən, həm də digər beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülməsinin qürurverici olduğunu vurğulayaraq “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri sırasında Nüsrəddin Ömərovun da olduğunu bildirib və Agentliyin rəhbərliyi adından təbrik edib.

APT-nın Avrasiya Patent İdarəsinin (APİ) vitse-prezidenti Emil Məmmədov APT-nın bilavasitə iştirakı ilə keçirilən son müsabiqələrdə Azərbaycan nümayəndələrinin fəal iştirak etdiyini qeyd edib və APİ-nin prezidenti Qriqoriy İvliyevin təbriklərini çatdırıb.

N.Ömərovun elmi rəhbəri professor Vüqar Əliyev Universiadanın təşkil olunmasına və orada iştirakla bağlı dəstəyə görə APT-na və Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirib. O, müsabiqədə mükafata və medala layiq görülmüş “Arıları gənələrdən təmizləmək üçün ANTİVARROA qurğusu” layihəsi haqqında məlumat verib. V.Əliyev bu ixtiranın və onunla bağlı olan sənaye nümunəsi və əmtəə nişanının artıq Əqli Mülkiyyət Agentliyində qeydiyyata alındığını, bir sıra xarici ölkələrdə bu qurğuya maraq göstərildiyini söyləyib.

Tədbirin sonunda Avrasiya Patent Universiadasının medalı və sertifikatı təqdim olunub.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×