Gənc ixtiraçı və innovatorlar beynəlxalq forumda iştirak edə bilərlər
Cari ilin 25-27 may tarixlərində Rusiya Federasiyasının Veliki Novqorod şəhərində Gənc İxtiraçı və İnnovatorların Beynəlxalq Forumu keçiriləcək.
2022-ci ildə əqli mülkiyyətin gənclər arasında populyarlaşdırılması sahəsində artıq ənənə halını alan bu tədbir öz ölkələrində kommersiyalaşdırma və patent mühafizəsinə yüksək səviyyəli hazırlığı olan tanınmış innovativ tətbiqləri sayəsində məşhurlaşan 18-35 yaş arası gənc ixtiraçılar, alimlər, kreativ industriya nümayəndələri üçün keçiriləcək.
Forumda iştirakla bağlı qərar ekspert şurası tərəfindən iştirakçıların innovativ layihələrinin araşdırılması əsasında qəbul ediləcək.
Forumun təşkilatçıları və tərəfdaşları Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Avrasiya Patent Təşkilatı və bir sıra digər təşkilatlardır.
Tədbir haqqında ətraflı məlumat mütəmadi olaraq http://voir53.ru/forum internet səhifəsində yerləşdiriləcək.