Heydər Əliyev - 100
Ziyalı sözü
Heydər Əliyev millətin ən dəyərli varidatı olan intellektin böyüklüyünü, onu təşkil edən keyfiyyətlər sırasında millətin nümayəndələrinin yaradıcılığını və yenilikçiliyini görürdü. Şəxsiyyətlərimizə böyük hörmət və ehtiramla yanaşan Ulu Öndər yaradıcılığı və yenilikçiliyi təbii, insan resursları kimi qiymətləndirir, onlara əqli nəticələrin mənbəyi kimi baxaraq, yalnız fərdlərin müvəffəqiyyətləri kimi deyil, ilk növbədə milli intellekt sisteminin xəzinəsini zənginləşdirən alət kimi tanıdırdı.