Çağrı Mərkəzi: 960
“İnsan Hüquqları Aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində tədbir keçirilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Bu yolu uğurla davam etdirən Prezident cənab İlham Əliyev 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-ni Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis etmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü olduğunu nəzərə alaraq, həmin əlamətdar günlə bağlı cari ilin 18 may - 18 iyun tarixlərində ölkədə “İnsan Hüquqları Aylığı” elan edilib. “İnsan Hüquqları Aylığı” çərçivəsində cəmiyyətin insan hüquqlarına dair məlumatlılığını artırmaq və bu hüquqların müdafiəsi sahəsində fəaliyyəti təşviq etmək məqsədilə silsilə tədbirlər keçirilir. Bu cür tədbirlər insan hüquqlarının təşviqinə və müdafiəsinə böyük töhfə verir, həmçinin hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır.

“İnsan Hüquqları Aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində “Müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu” mövzusunda tədbir keçirilib. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu iştirakçıları salamlayaraq, hər bir insanın doğuşdan hüquq və azadlıqlara malik olduğunu, bu hüquqların dinindən, irqindən, cinsindən, milliyyətindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq, hər kəsə bərabər şəkildə şamil edildiyini qeyd edib. O, insan hüquqlarının müdafiəsi və təşviqi üçün cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dövlətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının və fərdlərin fəal iştirakının vacibliyini vurğulayıb. A. Təvəkküloğlu ölkəmizdə insan hüquqlarının qorunması sahəsində ciddi islahatlar aparıldığını, addımlar atıldığını qeyd edib və xüsusilə Konstitusiyamızın maddələrinin üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu bildirib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev “Müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu” mövzusunda çıxış edib. Bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, insan hüquqları beynəlxalq hüquq, milli qanunvericilik və digər hüquqi çərçivələr vasitəsilə qorunur və təmin olunur. Ə.Əliyev Azərbaycanda insan hüquqlarının təmin edilməsi və müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevlə bağlı olduğunu vurğulayıb, Prezident cənab İlham Əliyevin insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətindən bəhs edib.

#İnsanHüquqlarıAylığı

#HumanRightsMonth

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×