Sənaye nümunələrinin mühafizəsinə dair Protokolun təsdiqlənməsi haqqında sənəd Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoruna təqdim edilib
2020-ci il 9 dekabr tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Vaqif Sadıqov Azərbaycan Respublikası tərəfindən “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyası üzrə sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un təsdiqlənməsi haqqında sənədi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanqa təqdim edib.
Görüşdə Azərbaycan Respublikası və ÜƏMT arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova da iştirak edib.