Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Müəllifləri” İctimai Birliyini akkreditasiyadan keçirib
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş “Azərbaycan Müəllifləri” İctimai Birliyi Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir.
Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclasında ictimai birliyin müraciətinə müsbət rəy bildirilib. Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Azərbaycan Müəllifləri” İctimai Birliyinin 5 (beş) il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi barədə qərar qəbul edilib. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiyası) haqqında şəhadətnamə ictimai birliyin nümayəndəsinə təqdim edilib.