Çağrı Mərkəzi: 960
İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişikliklər edilib

İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişikliklər edilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 19 may tarixli 198 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli qərarında müvafiq dəyişikliklər edilmişdir.

Dəyişikliklərə uyğun olaraq ixtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışının verilməsi üçün 15 manat, əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinin əlavə olaraq daha 4 ay uzaldılması üçün 45 manat, iddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün 45 manat, əmtəə nişanının və coğrafi göstəricinin reyestrdən çıxarışının verilməsi üçün 15 manat, qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün 90 manat, bir ədəd əmtəə nişanı üçün 120 manat, bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün 75 manat, əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisenziya müqavilələrində dəyişikliklərin aparılması üçün 17 manat, qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması: əmtəə nişanı üçün 143 manat, coğrafi göstərici üçün 68 manat, kollektiv nişan üçün 218 manat, qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 (altı) ay müddətinə görə, hər ay üçün: əmtəə nişanı üçün 8 manat, coğrafi göstərici üçün 8 manat, kollektiv nişan üçün 8 manat, iddia sənədinin ilkin ekspertizası üçün 60 manat, iddia sənədinin ekspertizası üçün 203 manat, əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün 23 manat, iddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması 38 manat, iddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün 45 manat, iddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün 60 manat müəyyən edilmişdir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×