Çağrı Mərkəzi: 960
​Kamran İmanov: Prezident İlham Əliyevin əqli mülkiyyət sahəsində islahatları bu sahənin yeniləşən mahiyyətinə uyğundur

​Kamran İmanov: Prezident İlham Əliyevin əqli mülkiyyət sahəsində islahatları bu sahənin yeniləşən mahiyyətinə uyğundur

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əqli mülkiyyət sahəsində islahatları bu sahənin yeniləşən mahiyyətinə uyğundur.

“Azərbaycanda innovativ inkişaf və əqli mülkiyyət hüquqları” mövzusunda cıxışındaölkəmizdəki həyata keçirilən iqtisadi və institusional islahatların əqli mülkiyyət ekosisteminə təsiri və əqli mülkiyyətin dəyişmiş kontekstinin innovasiyalı inkişafa dəstəyi məsələləri barədə danışan Agentliyin rəhbəri demişdir:“Müsbət trendləri və nəticələri davam etdirmək mümkündür. Lakin ən mühümü odur ki, cənab Prezident İlham Əliyevin əqli mülkiyyət sahəsində apardığı konseptual və institusional islahatlar əqli mülkiyyətin yeniləşən mahiyyətinə uyğundur və sistemli xarakter daşıyaraq, ölkənin iqtisadi islahatlarına qulluq edir”.

K.İmanov əqli mülkiyyətə ənənəvi yanaşmanın artıq reallıqları ifadə etmədiyini qeyd edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin əqli mülkiyyət kateqoriyasının müasir, yeniləşmiş kontekstinə uyğun olan institusional islahatı nəticəsində əqli mülkiyyət sahəsində yeni idarəetmə modeli və strukturu yaranmışdır.

Onun sözlərinə görə, bu, özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı (3K) birləşdirən özünəməxsus idarəetmə modelinin aktuallaşdırması, yəni biliklərin əldə və dərk edilməsi, yeni biliyin yaradılması və kommersiyalaşaraq, innovasiyaya çevrilməsinə xidmət edən bir strukturdur.

“Bu isə institusional islahatın effektivliyinin təsdiqidir. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir”, - deyə, o vurğulayıb.

Agentliyin İdarə Heyətinin sədri çıxışına bu sözləri ilə yekun vurmuşdur: “Bu gün dekabr ayının 21-dir. Bildiyimiz kimi dekabrın 21-22-i Qış gündönümü günüdür, il ərzində sutkanın ən qaranlıq, gecənin gündüzü maksimal dərəcədə üstələyən günüdür. Günəş isə ən yastı trayektoriya ilə yüksəlir. Həmin olay 3 gün davam edir.

Dekabrın 24-dən başlayaraq, günəş tədricən güc yığaraq dirçəlişə doğru gedir: sutkanın işıqlı vaxtı artmağa başlayır, qaranlıq vaxtı azalır. Günəş yüksələn trayektoriya ilə səmada hərəkət edir.

Təkrar edirəm: bu prosesə dekabrın 24-də start verilir.

Yadıma Ulu öndərin sözləri düşür: “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün gəlib və biz onun müasirləriyik”!

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×