Çağrı Mərkəzi: 960
Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov vəfat edib

Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov vəfat edib

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.

C,Fərəcov 1946-cı il 13 fevral tarixində Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. O, 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib.

Mədəniyyət Nazirliyi C.Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Cəmil Fərəcovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×