Çağrı Mərkəzi: 960
Əməkdaşımız peşəkar inkişaf sertifikatı alıb

Əməkdaşımız peşəkar inkişaf sertifikatı alıb

2023-cü il iyulun 03-07 tarixində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin Kimya sektorunun müdiri Natəvan Talışova Rusiya Federasiayasının Soçi şəhərində ”Əqli mülkiyyətin distribusiyası: qeyri-maddi aktivlərin idarəedilməsinə yeni yanaşmalar” mövzusunda keçirilən İP Yay akademiyasında iştirak edib. 5 gün davam edən İP Yay akademiyasında Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının aparıcı müəllimləri, Əqli mülkiyyət üzrə federal xidmətin (Rospatent) nümayəndəsi, Avrasiya patent təşkilatının ekspertləri iştirakçılarla əqli mülkiyyət sahəsində öz bilik və təcrübələrini bölüşüblər. Avrasiya patent təşkilatında Kimya, farmasevtika və biotexnologiya sahəsində ixtiraların patentləşdirilməsi, Avrasiya patent sistemi: regional səviyyədə əqli mülkiyyətin mühafizəsinin üstünlükləri, beynəlxalq bazarlarda əmtəə nişanları, əqli mülkiyyət obyektlərinin qiymətləndirilməsi və kommersiyalaşdırılmasının xüsusiyyətləri və s. mövzularda nəzəri və parktiki məşğələlər keçirilib. Sonda iştirakçılara yekun attestasiya nəticəsində peşəkar inkişaf sertifikatı təqdim olunub.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1Tvinninqstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×