Çağrı Mərkəzi: 960
Müraciət edən iddiaçıların/sifarişçilərin aktual məsələləri üzrə məsləhətlər haqqında məlumat

Müraciət edən iddiaçıların/sifarişçilərin aktual məsələləri üzrə məsləhətlər haqqında məlumat

Əqli Mülkiyyət Agentliyi iddiaçılar üçün ümumi xarakterli, cavabları əqli mülkiyyətin qorunması sahəsində qanunvericilik və normativ hüquqi aktların sistemli təhlilini tələb etməyən məsələlər üzrə, habelə sorğu xarakterli suallar üzrə ödənişsiz şifahi məsləhətlərin keçirilməsi barədə məlumat verir.

• Ümumi xarakterli:

-ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin, əmtəə nişanlarının, coğrafi göstəricilərin hüquqi mühafizəsi haqqında, iddia sənədlərinin verilməsi qaydaları haqqında, onların tərtibatına dair tələblər haqqında, o cümlədən iddia obyektinə aid ərizənin tərtib olunması və müqavilənin tərtib edilməsi qaydaları, İddia obyektinə dair iddia sənədi materiallarını təşkil edən sənədlər toplusu barədə məlumat, hər bir iddia obyektinə dair qrafik materiallarına aid tələblər, müvafiq haqların/rüsumların ödənilməsi qaydası haqqında, xaricdə patentləşdirmə, iddia sənədlərinə baxılma qaydası və müddətləri haqqında, habelə sənaye mülkiyyəti obyektləri ilə bağlı başqa hüquqi məsələlər və s.

• Sorğu xarakterli:

- Əqli Mülkiyyət Agentliyinin ünvanı, iş rejimi, telefon nömrələri haqqında;

- ödənişin həyata keçirilməsi proseduru haqqında;

- əqli mülkiyyət obyektlərinin mühafizəsinə dair normativ sənədlərlə harada tanış olma imkanı haqqında;

- https://patent.copat.gov.az/mainpage saytın müvafiq bölmələrinə dair ətraflı məlumatın verilməsi.

Əqli mülkiyyət obyektlərinin qorunması məsələləri üzrə şifahi məsləhətlər Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Mərkəzlərin mütəxəssisləri tərəfindən telefonla qaynar xətt: 960 vasitəsilə və ya bilavasitə müvafiq məsləhət məntəqəsində həyata keçirilir.

Mütəxəssislər həmçinin info@copat.gov.az elektron poçt ünvanına daxil olan ümumi xarakterli sualları da cavablandırırlar.

Məsləhət məntəqəsi aşağıdakı ünvanda yerləşir:

Mərdanov qardaşları küç., 124 (iddia sənədlərinin qəbulu otağı)

Məsləhətlər həftənin II və IV günləri saat 14.00-17.00-dək keçirilir (bilavasitə məsləhətlər ixtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin əməkdaşları tərəfindən aparılacaq).


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×