Çağrı Mərkəzi: 960
Türkiyənin Antalya şəhərində keçiriləcək sərgidə Azərbaycanın coğrafi göstəriciləri nümayiş olunacaq

Türkiyənin Antalya şəhərində keçiriləcək sərgidə Azərbaycanın coğrafi göstəriciləri nümayiş olunacaq

Cari ilin 24-25 noyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) və Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) təşkilatçılığı ilə coğrafi göstəricələr mövzusunda subregional seminar keçiriləcək.

Tədbir coğrafi göstəricələrin qorunması, kollektiv idarə olunması və kommersiyalaşdırılması sahəsində təcrübə mübadiləsi məqsədi daşıyır.

Seminarın açılışında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun videomüraciəti nümayiş etdiriləcək.

Tədbir çərçivəsində region ölkələrinin coğrafi göstəricələrinin sərgisi də təşkil olunacaq. Sərgidə Azərbaycan Respublikası üçün ayrılmış pavilyonda Azərbaycana məxsus coğrafi göstəricilər (Sirab, Badamlı, Meysəri, Ağdam şərabı, Şəki halvası) təqdim ediləcək, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycana məxsus xalça nümunələri (Bağmanlı xalçası, Çələbi xalçası, Qarabağ xalçası, Bağmanlı (Talış) xalçası, Butalı Qarabağ xalçası və Qarabağ modern xalçası), kəlağayı (Basqal kəlağayısı) qeyri-maddi irs nümunələri barədə ətraflı məlumat veriləcək.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×