Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” yaradılmışdır

Əqli Mülkiyyət Agentliyində “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” yaradılmışdır

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin 2021-ci il 16 dekabr tarixli 12 nömrəli Qərarına uyğun olaraq Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” yaradılmışdır.

Təlim Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.

Təlim Mərkəzi Nizamnaməsinə uyğun olaraq Agentlik və onun tabeliyində olan qurumlar, dövlət orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən elmi-tədqiqat və təhsil müəssisələri, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəkdir. Təlim Mərkəzinin fəaliyyətinin məqsədi əqli mülkiyyət sahəsində peşəkar kadrların hazırlanmasına dəstək göstərilənməsindən ibarətdir. Müəlliflər, hüquq sahibləri, mütəxəssislər, tələbələr, tədqiqatçı alimlər, özəl və dövlət müəssisələrində çalışan işçilər, biznes və sahibkarlıq subyektləri, biznes menecerləri, kiçik və orta sahibkarlıqla məşğul olanlar, patent müvəkkili olmaq istəyənlər və digər maraqlı şəxsləri əqli mülkiyyət üzrə biliklərinin artırılması üçün Təlim Mərkəzindən faydalana bilərlər. Bununla əlaqədar Təlim Mərkəzi tərəfindən mütəmadi olaraq kurslar təşkil olunacaqdır. Dinləyicilər qarşısında əqli mülkiyyət sahəsində tanınmış beynəlxalq ekspertlər, mütəxəssislər və hüquqşünaslar mühazirələr oxuyacaqlar.

Təlim Mərkəzi əqli mülkiyyət sahəsində maarifləndirmə işlərində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında da iştirak edəcəkdir.

Təlim Mərkəzi tərəfindən təşkil edilən təhsil prosesi offlayn (canlı), o cümlədən onlayn platforma vasitəsilə həyata keçiriləcəkdir.

Kursları müvəffəqiyyətlə bitirənlərə əldə etdikləri səriştə və bacarıqları təsdiq edən Sertifikat veriləcək.

Təlim Mərkəzi maraqlı şəxslər üçün tematik seminarlar, sərgilər, konfranslar, dəyirmi masalar və ustad dərslərinin keçirilməsini də planlaşdırır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×