Çağrı Mərkəzi: 960
Ölkəmizdə ixtira fəallığı artıb

Ölkəmizdə ixtira fəallığı artıb

2023-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 302 iddia sənədi (2022-ci ildə 271 iddia sənədi), o cümlədən ixtiraya aid 201, faydalı modelə aid 67, sənaye nümunəsinə aid 34 iddia sənədi daxil olub. Patentləşdirilmə üçün daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2022-ci illə müqayisədə 2023-cü ildə 11% artıb.

Patent Əməkdaşlığı Sazişi (PCT) proseduru üzrə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna göndərilməsi üçün Agentliyə ixtiraya dair 6 beynəlxalq iddia sənədi və Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 35 iddia sənədi daxil olub. PCT proseduru üzrə ÜƏMT-nin Beynəlxalq Bürosundan isə Agentliyə ixtiraya dair 30 və faydalı modelə dair 1 (bir) iddia sənədi daxil olub.

Faydalı modelə aid xarici iddiaçılar tərəfindən 6 iddia sənədi verilib, Haaqa proseduru üzrə daxil olan 184 beynəlxalq sənaye nümunəsinə (2022-ci ildə 137) dair axtarış aparılıb.

Qeyd edək ki, ixtiralar üzrə ekspertizanın aparılma müddəti ötən il 8-9 aya endirib. Halbuki, əksər ölkələrdə bu müddət 12 aydan çoxdur. Bundan əlavə, MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D formatında qəbulu məhz Azərbaycanda həyata keçirilib. Avrasiya Patent Təşkilatı tərəfindən bulayihənin ölkəmizdə həyata keçirilməsi təsadüfi deyil. Belə ki, Agentlik tərəfindən yaradılmış müasir elektron sənəd qəbulu sistemi layihənin tətbiqinə lazımi zəmin yaradıb.

2023-cü ildə Dövlət reyestrində ixtiraya aid 103, faydalı modelə aid 36 və sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınıb.

Ötən il əmtəə nişanlarının qeydiyyatı ilə bağlı Agentliyə daxil olan sənədlərin sayı 3862 olub. Onlardan 3078-i milli, 784-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur. Qeyd olunmalıdır ki, mahiyyət üzrə ekspertizanın müddəti 3 aya endirilib. Amma bu, beynəlxalq təcrübədə 6-12 ay təşkil edir. Ekspertizanın sürətli aparılması müddəti isə 1 aydan 7-15 günə qədər azaldılıb. Bu da öz növbəsində, sürətli ekspertiza üçün müraciətlərin sayının artmasına səbəb olub. 2023-cü ildə bununla bağlı 1474 vəsatət verilib (2022-ci ildə cəmi 931). Göründüyü kimi, ekspertizanın bir tərəfdən keyfiyyətinin artırılması, digər tərəfdən isə baxılma müddətinin azalması iddiçılar tərəfindən müraciət aktivliyinin artmasına təkan verib.

2023-cü ildə Dövlət reyestrində 3145 əmtəə nişanı qeydiyyata alınıb (2022-ci ildə 2927). Onların 2541-i milli, 604-ü xarici fiziki və hüquqi şəxslərə məxsusdur.

Coğrafi göstəricilərin Dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 coğrafi göstərici qeydiyyata alınıb.

Azərbaycanın üzv olduğu Əmtəə nişanlarının beynəlxalq mühafizəsinə dair Madrid Sazişi və ona dair Protokol üzrə keçən il qeydiyyatının tanınması üçün Agentliyə 3314 bildiriş daxil olub. Əmtəə nişanlarını xarici dövlətlərdə mühafizə etmək üçün milli iddiaçılar tərəfindən daxil olan müraciətlərin sayında da artım müşahidə olunub. 2022-ci ildə bu rəqəm 12, 2023-cü ildə isə 17 olub. Agentlik tərəfindən bununla bağlı iddiaçılara lazımı hüquqi məsləhət xidmətləri göstərilir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×