“Qlobal İnnovasiya İndeksi -2023”dərc olunub
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
Ötən ildə olduğu kimi, 132 ölkəni əhatə edən Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) sayca 16-cı birgə nəşri – 2023-ci il Qlobal İnnovasiya İndeksi (Qİİ) ÜƏMT-nda prezentasiya edilmişdir. Qİİ 2007-ci ildən dərc olunur.
Cari ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib edilmişdir. Təhlil edilən indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərin inkişafına qədər geniş məlumatlar dairəsini ehtiva edir. Qİİ-nin dərc edilməsinin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan verməkdən ibarətdir.
Qİİ-2023 reytinqi innovasiya fəaliyyətinin iki yekunlaşdırıcı - "innovasiya resursları" və "innovasiya nəticələri" alt indekslərə daxil olan 7 qrup indikatordan ibarətdir.
"İnnovativ resurslar" alt indeksi: 1- təsisatlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı beş qrupa bölünməklə, innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini dəyərləndirməyə imkan verir.
"İnnovativ nəticələr" alt indeksi: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri iki qrupa bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.
2023-cü ilin Qİİ-nin lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Sinqapur gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Niderland, Koreya,Almaniya, Finlandiya və Danimarka daxildir. Çin, reytinqdə 12-ci yeri alaraq, ikinci onluq ölkələr sırasına daxil olub.
Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 16-cı yer, Litvada - 34-cü yer və Latviyadadır - 47-ci yer. Rusiya 51-ci yerdədir.
2023-cü il reytinqində Azərbaycan 2022-ci illə müqayisədə göstəricilərini dörd pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Eyni zamanda qeyd olunmalıdır ki, əgər ötən il Azərbaycan 90-cı yerdən başlayan müqayisəli göstəricilərə malik dövlətlər qrupundaqərarlaşdırmışdısa, 2023-cü ildə - 85-ci yerdən başlayan dövlətlər qrupundadır.
2023-cü ildə Azərbaycanın “innovasiya resursları” alt indeksi üç pillə yaxşılaşaraq 76-cı yerdədir. "İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə postsovet dövlətləri məkanında Ukraynanı (78), Moldovanı (81), Ermənistanı (83),Belarusu (88), Qırğızıstanı (94), Tacikistanı (109) qabaqlayır. Bununla belə, ölkənin “innovasiya nəticələri” alt indeksi “innovasiya resursları” alt indeksindən 28 bənd aşağıdır (geridir).
Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçıl-ekspertləri dövlət idarəetmə orqanlarının rolunu əks etdirən İnstitutlarblokunu qeyd edirlər. İnstitutlar bloku yüksək 42-ciyeri tutur.
İnstitutlar blokunda Azərbaycanpostsovet dövlətləri məkanında Özbəkistanı (55), Qazaxıstanı (61), Ermənistanı (69), Tacikistanı (90), Moldovanı (96), Ukraynanı (100), Rusiyanı (110), Qırğızıstanı (122), Belarusu (128) qabaqlayır. Bu blokda “institusional mühit” istiqamətini - 54-cü yer (2022-ci ildə - 53-cü yer), eləcə də ötən illə müqayisədə 23 pillə yaxşılaşan “hökumətin səmərəliliyi” göstəricisini - 58-ci yeri- qeyd etmək lazımdır. Bu blokda -“biznes mühiti”- 17-ci və "biznesin aparılması siyasəti" - 22-ciindikatorları yüksək yerlər tuturlar.
İnsan kapitalı və elm bloku MDB ölkələri Özbəkistanı (89), Ermənistanı (92) və Tacikistanı (99) qabaqlayaraq, reytinqdə 87-ci yeri tutur. “İnsan kapitalı və elm” blokunda Azərbaycan Təhsil inteqral göstəricisi üzrə 76-cı yerdə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistanı (93) qabaqlayır.
Bu blokda yüksək yerləri “tələbə-müəllim nisbəti” - 17-ci, “tələbələrə dövlət sərmayəsi” - 28-ci, “tədqiqatçılar”, 44-cü yer, “elm və texnologiya sahəsi üzrə məzunlar”,47-ci yer, indikatorları tutur. “Tədqiqat və inkişaf” üzrə inteqral göstərici 2022-ci ildəki 76-cı yerdən 2023-cü ildə 73-cü yerə yüksələrək, öz mövqeyini yaxşılaşdırıb.
İnfrastruktur blokunda ötən illə (71) müqayisədə“elektrik enerjisinin istehsal” göstəricisi 4 pillə yaxşılaşmışdır - 67-ci yer.
Daxili Bazarın İnkişafı bloku üçün göstəricilərin əhəmiyyətli hissəsi üzrə məlumat reytinqdə əksini tapmayıb.
Biznesin inkişafı bloku aşağıdakı postsovet məkanı ölkələrini qabaqlayaraq, reytinqdə 64-cü yeri tutub: Belarus (74), Qazaxıstan (75), Özbəkistan (78), Ermənistan (94), Moldova (101), Tacikistan (110), Qırğızıstan (114).
Biznesin İnkişafı blokunda “Universitetlər və sənaye sahəsi arasında elmi-tədqiqat və təcrübi-konstruktor işləri sahəsində əməkdaşlıq”- 25-ci yer, “klaster inkişafı” - 28-ci yer”- indikatorları yüksək yerləri tuturlar.
“Elmi dərəcəsi olan məşğul qadınlar”, 55-ci yer, (57), “biznesin tədqiqat və işlənmələri maliyyələşdirilməsi”, 57-ci yer, “əqli fəaliyyət işçiləri” indikatoru,62-ci yer (65) indikatorları üzrə yerlər yüksəlmişdir. Bu blokda “innovasiya əlaqələri” Azərbaycan 48-ci yeri tutmuş və ötən illə müqayisədə (56-cı yer) reytinqi 8 pillə yaxşılaşdırmışdır.
“İnnovasiya nəticələri” alt indeksi mühüm nəticəvi indeksdir. Əgər “innovasiya resursları” alt indeksi innovasiya üçün əlverişlilik səviyyəsini əks etdirirsə, “innovasiya nəticələri” alt indeksi bu sahədə nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, bir o qədər innovativ imkanlardan tam və rasional istifadə olunur.
Biliklər və texnologiyaların nəticələri blokunda ixtiralar - 63-cü yer, ötən il 71-ci yer, PCT patentləri - 87-ci yer (91) və faydalı modellər - 49-cu yer (49) kimi əqli mülkiyyət indikatorları nisbətən yüksək yerləri tutur. “Biliyin təsiri” istiqaməti üzrə “əmək məhsuldarlığının artımı” indikatoru 20 pillə yaxşılaşıb - 62-ci yer (82), 48-ci yeri “startapların dəyərləndirilməsi” indikatoru tutur.
“Kreativ fəaliyyətin nəticələri” blokunun “qeyri-maddi aktivlər” istiqamətində “əmtəə nişanları” əqli mülkiyyət indikatoru 66-cı yeri tutaraq, ötən illə müqayisədə tutduğu yeri 14 pillə yaxşılaşdırmışdır.Qeyd etmək lazımdır ki, Azərbaycan üzrə “əmtəə nişanları” indikatoru MDB çərçivəsində Qazaxıstanı (85), Belarusu (88), Tacikistanı (104), Qırğızıstanı (102)qabaqlamışdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, reytinqin bütün indikatorlarkompleksini əhatə edən hər iki alt indeks, “innovasiya resursları” və “innovasiya nəticələri”,çox mühüm əhəmiyyətə malikdir. "İnnovasiya nəticələri" və "innovasiya resursları" alt indeksləri qarşılıqlı bağlılıqdadırlar, çünki innovativ nəticələri maddi, maliyyə, intellektual, təşkilati resurslar qoymaqla əldə etmək olar. Azərbaycan müasir institutlar yaradıb, insan kapitalını, elmi və təhsil potensialını inkişaf etdirir, səmərəli biznes modellərini tətbiq edir, İKT sektorunu fəal şəkildə inkişaf etdirir, yəni ölkənin inkişafına mühüm resurslar yatırır ki, onlardan da nəticələr şəklində gözlənilən töhfələr olmalıdır.
Bu isə Qİİ-nin yaxşılaşdırılması üçün ehtiyatdır. Qİİ-nin tərtibatçı-ekspertlərinin qeyd etdiyi kimi, “Azərbaycan innovasiyalara investisiya qoyuluşu ilə müqayisədə onların nəticələrindən daha yüksək göstəricilər nümayiş etdirir”.
Qİİ reytinqinin yaxşılaşdırmasının digər ehtiyyatı reytinqin tərtibatçılarına hesabatda əks olunan məlumatların (ölkənin göstəricilərinin) vaxtı-vaxtında və tam təqdim edilməsidir.