PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirilib

5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən "LEGIS Hüquq Forum"u Azərbaycanda ilk regional hüquq tədbiri olaraq uğurla başa çatıb. Forumun məqsədi dövlət və özəl sektor arasında hüquq sahəsində əməkdaşlığı təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək və əsas qanunvericilik islahatlarını müzakirə etmək idi. Tədbir çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi mövzular müzakirə edilib. "LEGIS Hüquq Forumu" hüquq sahəsində yeni perspektivlər açaraq, peşəkar inkişafı dəstəkləyən, həmçinin bilik və təcrübə mübadiləsini təşviq edən önəmli bir təşəbbüsdür.
Forumda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini - sektor müdiri Nailə Nəsibova və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev iştirak edib.