Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi üçün sənəd qəbulu başa çatıb

Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin Attestasiya Komissiyası tərəfindən 2026-cı il 18 fevral – 11 mart tarixlərində elektron sənəd qəbulu aparılıb.
Sənədlərin elektron qaydada qəbulu mart ayının 11-i saat 24:00-da başa çatıb.
Patent müvəkkili statusu almaq üçün Agentliyə 42 ərizə daxil olmuşdur.
Hazırda sənədlərin qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğunluğu araşdırılır.



















