Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri ÜƏMT-nın “Əqli mülkiyyət və süni intellekt üzrə müzakirələr”ində iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri ÜƏMT-nın “Əqli mülkiyyət və süni intellekt üzrə müzakirələr”ində iştirak edib

2020-ci il 4 noyabr tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Əqli mülkiyyət və süni intellekt üzrə müzakirələr”in üçüncü sessiyası keçirilib.

Hibrid formatda təşkil olunan bu tədbirdə əsasən əqli mülkiyyət və süni intellekt ilə bağlı anlayışlar, əmtəə nişanları, potensialın artırılması və əqli mülkiyyətin idarəolunmasında qəbul edilən qərarlara görə məsuliyyət məsələləri müzakirə olunub.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 3 nəfər əməkdaşı - Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Gəray Dadaşov, Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin müdiri Aydın Hüseynov və İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova tədbirə onlayn rejimdə qatılıblar.

Müzakirələr zamanı A.Hüseynovun “Süni intellekt və əqli mülkiyyətin idarəolunması sahəsində Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi dinlənilib. Agentliyin nümayəndəsi ölkəmizdə əqli mülkiyyət sahəsində aparılan son islahatlar, Agentlik tərəfindən tətbiq edilən “Patent, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sisteminin fəaliyyəti və planlaşdırılan "Patent ekspertizası prosesi zamanı ekspert qərarlarını dəstəkləyən informasiya sistemi" layihəsi haqqında ətraflı məlumat verib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×