Çağrı Mərkəzi: 960
Qədim Alban abidələrimiz haqqında həqiqətlərin üzə çıxmasına görə Əqli Mülkiyyət Agentliyinə təşəkkür bildirilib

Qədim Alban abidələrimiz haqqında həqiqətlərin üzə çıxmasına görə  Əqli Mülkiyyət Agentliyinə təşəkkür bildirilib

AzTv-nin Gəncə bürosundan Agentliyimizə daxil olan məktubda bildirilir ki, Azərbaycan Televiziyasında yayımlanan “Region” verilişində Gəncə şəhərində yerləşən müqəddəs Yahya məbədi haqqında reportaj nümayiş olunub. Reportajda bu qədim Alban məbədinin erməniləşməyə məruz qalması, oradakı qədim əlyazmalar fondunun Ermənistana aparılması haqqında məlumat verilib.

Agentliyə ünvanlanan məktubda qeyd olunur ki, reportajın hazırlanmasında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu “Erməni (yad)el(li) nağılları” əsərindən istifadə edilib və orada əsl tarixi həqiqətlər üzə çıxır. Reportajın müəllifi tariximizi, xüsusilədə erməniləşməyə məruz qalan qədim Alban abidələrimiz haqqında həqiqətlərin üzə çıxmasına və dünya ictimaiyyətinə çatdırılmasına görə Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×