Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub

Əqli Mülkiyyət Agentliyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub

Bu ilin aprelində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib.

Layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması məqsədi daşıyır. İşlənmiş batareyaların digər tullantılardan ayrılaraq toplanması onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini azaltmağa xidmət edəcək.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi də bu ekoloji təşəbbüsə qoşulub.İşlənmiş batareyaların yığılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına hədiyyə olaraq 5 ədəd tullantı qutusu verilmişdir. Müvafiq tullantı qutuları Agentliyin və tabeliyində olan qurumların inzibati binalarında yerləşdirilib.

Agentlik iqlim dəyişikliyi, ekologiya və ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələri yüksək dəyərləndirir və hər zaman belə təşəbbüslərə dəstək verməyə hazırdır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×