Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi tərəfindən 2023-cü ilin 6 ayı ərzində əqli mülkiyyət obyektlərinin qeydiyyatında böyük artım olub

Əqli Mülkiyyət Agentliyi tərəfindən 2023-cü ilin 6 ayı ərzində əqli mülkiyyət obyektlərinin qeydiyyatında böyük artım olub

2023-ci ilin ilk 6 ayı ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən 148 müəllifə və digər hüquq sahibinə məxsus 279 əsər qeydiyyatdan kecirilib (2022-ci ilin müvafiq dövründə 248 əsər qeydiyyatdan keçirilmişdir) və əsərin qeydiyyatı haqqında 280 Şəhadətnamə verilib (2022-ci ilin müvafiq dövründə qeydiyyat haqqında 261 şəhadətnamə verilmişdir), o cümlədən elektron qaydada isə 121 müəllifin və hüquq sahibinin (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 nəfər çoxdur) 244 əsəri qeydiyyatdan keçirilib (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 152 əsər çoxdur) və əsərin qeydiyyatı haqqında 244 Şəhadətnamə verilib (2022-ci illə müqayisədə 151 ədəd çoxdur).

Göstərilən dövrdə patent alınması üçün ixtiraya aid 93, faydalı modelə aid 39 (2022-ci ilin müvafiq dövründə 12) və sənaye nümunəsinə aid 15 (2022-ci ilin müvafiq dövründə 9) iddia sənədi daxil olub. Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə göndərilməsi üçün milli iddia sənədlərinin sayı 2, Avrasiya Patent Təşkilatına (APT) göndərilməsi üçün milli iddia sənədlərinin sayı isə 21 olub.

Agentliyə ixtira və faydalı modellərin qeydiyyatı ilə bağlı PCT proseduru üzrə ixtiraya dair 23 (2022-ci ilin müvafiq dövründə 19), faydalı modelə dair 2 (2022-ci ilin müvafiq dövründə 0) iddia sənədi və konvensiya ilkinliyi üzrə faydalı modelə dair 5 (2022-ci ilin müvafiq dövründə 1) xarici iddia sənədi daxil olub.

Haaqa proseduru üzrə beynəlxalq sənaye nümunələrinə dair 72 iddia sənədinə dair axtarış aparılıb və axtarışı müsbət nəticələnmiş iddia sənədləri barədə məlumatlar Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilib.

Əmtəə nişanının qeydiyyatı ilə bağlı 1868 iddia sənədi daxil olub. Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid sazişi və ona dair protokol üzrə bildirişlərin sayı 1592 olub.

Hesabat dövründə Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində:

-ixtiraya dair 53 pa­tent qeydiyyata alınıb. On­­lardan 46-sı milli, 7-si xarici hüquqi şəxslərə məxsusdur. 2022-ci ilin müvafiq dövründə qeydiyyata alınmış ixtira patentlərinin sayı 41 olmuşdur. Deməli, 2023-cü ilin 6 ayında ixtira patentlərinin sayı 12 ədəd artmışdır.

- faydalı modelə dair xarici hüquqi şəxslərə məxsus 19 pa­tent qeydiyyata alınıb. On­­lardan 16-sı milli, 3-ü xarici hüquqi şəxslərə məxsusdur.

Hesabat dövründə müvafiq Dövlət reyestrində 1855 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 1496 ədədi milli, 359 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Keçən ilin 6 ayında qeydiyyata alınmış əmtəə nişanlarının sayı isə 1384 ədəd olmuşdur. Beləliklə, bu ilin müvafiq dövründə qeydiyyata alınmış əmtəə nişanlarının sayı 471 ədəd çoxdur.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 179, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 539, əmtəə nişanlarına dair 293 və patentlərə dair 1 dəyişikliklər edilməsi haqqında bildiriş qeydiyyata alınıb.

Eyni dövrdə sənaye mülkiyyəti obyektləri üzrə 65 müqavilə qeydiyyata alınıb. Onlardan: 50-si əmtəə nişanları üzrə hüquqların ve­­ril­mə­­sinə (153 əmtəə nişanına dair), 1-i vərəsəlik hüququ üzrə (1 əmtəə nişanına dair), 11-i əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə (41 əmtəə nişanına dair), 2-si patent üzrə hüquqların verilməsinə (2 patentə dair) və 1-ilisenziya müqaviləsinə (1 beynəlxalq patentə dair) aiddir.

Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, 2023-cü ilin ilk yarımilində 1095 ədəd, ümumilikdə 462 278 (dörd yüz altımış iki min iki yüz yetmiş səkkiz) ədəd nəzarət markası verilib.

2023-cü ilin 6 ayı ərzində pozulmuş müəllif hüquqlarının bərpası ilə bağlı daxil olmuş 13 yazılı müraciət qanunvericiliyin tələblərinə uyğun araşdırılıb və bu müraciətlərdən 12-si müsbət həll edilib, 1-inin isə icrası davam edir. Agentliyin ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” müəlliflər və digər hüquq sahibləri tərəfindən qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərib.

Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına 109 müraciət (2022-ci ilin müvafiq dövründə 124 müraciət) daxil olub. Ötən dövr üzrə daxil olmuş və yekunlaşdırılmış işlər də nəzərə alınmaqla, hesabat dövründə 88 işə baxılıb, 36 iş üzrə ərizənin təmin edilməsi, 17 iş üzrə ərizənin qismən təmin edilməsi, ­­­23 iş üzrə ərizənin rədd edilməsi, ­­­­­­10 ərizənin baxılmamış saxlanması barədə qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin səyləri nəticəsində ölkəmizin yeniləşməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişafın tərkib hissəsi kimi əqli mülkiyyət sisteminin təkmilləşməsinə yönəlmiş institusional islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyi iqtisadiyyatın inkişafına töhfələr verməkdədir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×