Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işini davam etdirir

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işini davam etdirir

Regional seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Əqli mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda dövlət başçısının Fərmanla təsdiq etdiyi Agentliyin Nizamnaməsində “fəaliyyətinin istiqamətləri” və “vəzifələri” kimi “əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək” (2.2.8-ci yarımbənd) müddəalarının yer aldığı bildirilib. Vurğulanıb ki, Agentliyin Nizamnaməsinin 3.1.44-cü yarımbəndində müəlliflik hüququna əsaslanan iqtisadiyyat “kreativ iqtisadiyyat” kimi göstərilmişdir. Üstəlik, “əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparmaq, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görmək, əqli fəaliyyət nəticələri ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirmək, təhlillər aparmaq və təkliflər hazırlamaq” (3.1.43-cü bənd) kimi müddəalar yer almışdır.

K.İmanov “yaradıcı” və “kreativ” (sənaye və yaxudindustriya) ifadələrinin sinonimlər kimi istifadə olunduğunu, “sənayelər”, “industriyalar” “iqtisadiyyat” termini ilə də əvəz oluna bildiyini qeyd edərək kreativ iqtisadiyyatın inkişafının əqli mülkiyyət ilə bağlı olduğunu, müəlliflik hüququnaəsaslanan iqtisadiyyat kimi təsvir olunduğunu bildirib. O, “mədəni və yaradıcı sənayelər”, “kreativ sənayelər (industriyalar)” və “kreativ iqtisadiyyat” anlayışları arasındakı fərqlənmə sərhədi və həmin terminlərin yaranma xronologiyası haqqında ətraflı məlumat verib.

Təqdimatda kreativlik konseptinin mənası və “kreativ iqtisadiyyat” (industriyalar) anlayışının tərifləri, kreativliyə aid konseptlərin inkişafının xronologiyasına geniş toxunulub. Vurğulanıb ki, “mədəni” və “kreativ” industriyalar anlayışları fərqlidir və “mədəni industriyalar” anlayışı məhz sektorun sosial əhəmiyyətini və qeyri-kommersiya olduğunu qabarıq göstərmək məqsədilə istifadə olunur.

Agentliyin rəhbəri Azərbaycanda kreativ industriyalar sahəsi barədə də fikirlərini bölüşüb. Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Son illərdə ölkənin ÜDM-də kreativ sənayenin payı 2018-ci ildə 5,1%-dən 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2%-ə çatmış və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.

K.İmanov təqdimatının sonunda milli modelin çatışmazlıqları və qeyri-səlis modelləşməyə keçidin imkanları məsələsini təhlil edib.

Sonra ÜƏMT–nın department direktorunun müavini Dimiter Qançevin “Kreativ iqtisadiyyatın mövcud ölçməmodellərinə ümumi baxış” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, regional seminar davam edir.





Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×