Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə regional seminar keçiriləcək

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə regional seminar keçiriləcək

2024-cü il 2-3 dekabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçiriləcək.

Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər.

İki gün davam edəcək tədbirdə ÜƏMT-nın peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın müxtəlif aktual məsələlərinə dair maraqlı məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi haqqında məlumat veriləcək.

Beynəlxalq tədbirdə ölkəmizin nazirliklərinin, komitələrinin və dövlət agentliklərinin səlahiyyətli nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşlarının iştirakı gözlənilir.

Tədbirin əvvəlində media üçün brifinq keçiriləcək.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×