Əqli Mülkiyyət Agentliyinə daxil olan iddia sənədlərinin ekspertizasını 3D modeli daha da asanlaşdırıb
2022-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia sənədlərinə 3D modelinin əlavə edilməsi ilə bağlı pilot layihə həyata keçirilib. Layihə nəticəsində ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafigöstəricilər barədə iddia sənədlərinin qrafik materiallarının 3D model formatında daxil edilməsi imkanı yaradılıb.
Cari ilin fevral ayında qeyd edilən layihə üzrə əmtəə nişanına aid ilk iddia sənədi daxil olub. Bu günə qədər Agentlikdə 3D modellər daxil olan daha üç əmtəə nişanı obyektinə aid olan iddia sənədlərinin qəbulu həyata keçirilib.
Bu yenilik iddia sənədlərinin ekspertizası prosesini xeyli asanlaşdırmaqla, müraciət prosesini optimallaşdırmağa, iddia olunmuş obyektin xüsusiyyətlərini daha ətraflı müəyyənləşdirməyə və nümayiş etdirməyə imkan yaradır.