Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində 15 iyun “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində  15 iyun “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev İli” çərçivəsində “Milli Qurtuluş Günü” adlı tədbir keçirilib.

RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Mübariz Məmmədli Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müstəqilliyimizin dönməzliyinin təmin olunmasından danışıb.

RETK-nın əməkdaşları tədbirdə Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsindən, uzaqgörənliyindən, fədakarlığından söhbət açaraq, müdrik siyasi və dövlət xadiminin müstəqilliyimizin memarı və qurucusu olduğunu diqqətə çatdırıblar.

RETK-nın elmi katibi Azadə Orucova qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib: “2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Zəfərdə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.

Tədbirin sonunda “Milli Qurtuluş Günü” adlı videoçarx nümayiş olunub.





Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×