Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində 18 iyun-İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində 18 iyun-İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 18 iyun-İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib.

Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli insan hüquq və azadlıqlarının cəmiyyətin inkişafı, insan ləyaqətinin qorunması və hüquqi dövlət quruculuğu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bildirib ki, insan hüquqlarının etibarlı şəkildə qorunması və təmin edilməsi hər bir demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. M.Məmmədli qeyd edib ki, sürətlə inkişaf edən texnologiyalar və xüsusilə süni intellektin həyatın müxtəlif sahələrinə inteqrasiyası insan hüquqlarının müdafiəsini daha da aktual edir. Süni intellektdən istifadə prosesində şəxsi məlumatların qorunması, bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, şəffaflıq və insan ləyaqətinə hörmət prinsiplərinin gözlənilməsi mühüm məsələlərdəndir. Bu səbəbdən süni intellekt dövründə insan hüquqlarının qorunması istiqamətində hüquqi və etik yanaşmaların gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi və təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. O, bu mühüm qərarın dövlətimizin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi yüksək dəyərin, eləcə də bu sahədə həyata keçirilən ardıcıl siyasətin bariz ifadəsi olduğunu vurğulayıb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×