Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində 21 fevral - Beynəlxalq Ana Dili gününə həsr edilmiş tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində 21 fevral - Beynəlxalq Ana Dili gününə həsr edilmiş tədbir keçirilib

2024-cü il 21 fevral tarixində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Beynəlxalq Ana Dili günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri RETK-nın direktoru Mübariz Məmmədli açaraq ana dilimizin qədimliyindən bəhs edib, gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyindən danışıb. Direktor həmçinin 1995-ci ildə Azərbaycan dilinin ilk milli Konstitusiyamıza dövlət dili kimi qəbul edilməsi, 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı barədə danışıb.

Sonra çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu Azərbaycan dilinin zənginliyini, qrammatika sisteminin geniş struktura malik olduğunu qeyd edib. O, Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

Tədbirdə RETK-ın əməkdaşı Amaliya Qənbərova, Əqli Mülkiyyət Agentliyinin şöbə müdir müavini Elnur Məmmədli, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin əməkdaşı Şöhlət Abbasov Beynəlxalq Ana Dili gününün əhəmiyyətindən danışıblar.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×