Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi təşkil olunub

Əqli Mülkiyyət Agentliyində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi təşkil olunub

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “8 mart Beynəlxalq Qadınlar Günü”nə həsr edilən “Qadın dünyası” adlı sərgisi keçirilir.

Sərginin təntənəli açılış mərasimində giriş sözü ilə çıxış edən RETK-nın İnformasiya resursları üzrə direktor müavini Ləman Xələfova tədbirə qatılan iştirakçıları salamlayıb, təşkil olunan sərginin maarifləndirmə baxımından töhfə verəcəyini bildirib. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu cəmiyyətin zərif hissəsi olan qadınlar haqqında danışaraq ölkəmizdə dövlət qadın siyasətininin uğurla həyata keçirildiyini qeyd edib və tədbirdə iştirak edən qadınlara bayram münasibətilə təbriklərini çatdırıb. RETK-nın direktoru Mübariz Məmmədli sərgidə nümayiş etdirilən əsərlər barəsində məlumat verib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İnsənət Universiteti, Qida Təhlükəsizliyi Agentliyinin nəzdnində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan Milli Xalça Muzeyi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi və RETK-nın əməkdaşları iştirak ediblər.

Sərgidə RETK-nın xarici fondunda saxlanılan XX əsrin 80-90-cı illərində nəşr edilmiş moda, dizayn, tikmə, toxuma, ayaqqabılar, zərgərlik məhsulları, aksesüsuarlar, dəri məmulatları və qida texnologiyasınaaid ingilis, fransız, alman və italyan dillərində 38 adda 150 jurnal, o cümlədən digər kitablar nümayiş etdirilir.

Sərgi martın 6-dək davam edəcək.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×