Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Elm, mədəniyyət, qadın Heydər Əliyevin diqqətində” mövzusunda tədbir keçirilib.

RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova ölkəmizdə qadınların cəmiyyətdəki rolunun daha da genişləndirilməsinin və qadınlara qayğının dövlət tərəfindən daim diqqət mərkəzində olmasından danışıb. Bunun parlaq nümunəsi kimi Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasına diqqət çəkib.

RETK-nın informasiya resursları üzrə direktor müavini Ləman Xələfova müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmin, mədəniyyətin inkişafı naminə əvəzsiz işlər görməsindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Fuad Kərimov ailədə və cəmiyyətdə qadınların böyük rolundan danışıb, kitabxananın qadın əməkdaşlarını bayram münasibətilə təbrik edib.

Sonra Kitabxananın əməkdaşı Aygün Umudovanın “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda məruzəsi dinlənilib.

Tədbirin sonunda “Elm, mədəniyyət, qadın Heydər Əliyevin diqqətində” adlı videomaterial nümayiş etdirilib.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×