Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “Açıq Qapı Günü” keçirilib

Əqli Mülkiyyət Agentliyində “Açıq Qapı Günü” keçirilib

Sentyabrın 25-də Əqli Mülkiyyət Agentliyində “Açıq Qapı Günü” keçirilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin Aparat rəhbəri Xudayət Həsənli iştirakçıları salamlayaraq, “Açıq Qapı Günü”nün məqsədi barədə geniş məlumat verdi və tədbir iştirakçılarına uğurlar arzuladı. Qeyd etdi ki, Agentliyin rəhbərliyi ixtiraların patentləşdirilməsi ilə bağlı bütün prosedurların şəffaf, obyektiv və sürətli həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Agentliyin rəhbərliyinin təşəbbüsü ilə iddia sənədlərinin qəbulunun və iddia sənədləri üzrə yazışmalarla bağlı prosedurların hələ bir neçə il əvvəl elektronlaşdırıldığını deyən X.Həsənli bu işlərin 24/7 rejimində fəaliyyət göstərən PƏNAH rəqəmli sistemi vasitəsi ilə aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, elektron sisteminin tətbiqi ilə iddia sənədlərinin ekspertizasını keçirən ekspertlər və bu sahədə müvafiq xidmətləri göstərən digər şəxslərlə iddiaçılar arasında canlı təmas, demək olar ki, aradan qaldırılmışdır. Bütün sənaye mülkiyyəti obyektləri barədə məlumatlara əlçatanlığı təmin edən “Açıq reyestrlər” yaradılmışdır. İstənilən şəxs istədiyi vaxt və istədiyi yerdən onu maraqlandıran ixtira, faydalı model, sənaye nümunəsi, habelə əmtəə nişanı ilə eyni, yaxud ona oxşar olan digər obyektin qeydiyyata alınıb-alınmadığına dair məlumat əldə edə bilər.

Aparat rəhbəri tədbir iştirakçılarını və onların həmkarlarını Agentlikdə yaradılmış şəffaf şəraitdən maksimum yararlanmağa çağırdı.

Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə də belə görüşlərin davam etdiriləcəyini bildirdi.

Agentliyin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Gülarə Mustafayeva çıxış edərək dedi ki, iddia sənədinin ekspertizası və patentlərin verilməsinə görə xidmət haqları və dövlət rüsumlarının “Hökümət Ödəniş Portalı” (HOP) vasitəsilə ödənilməsində bəzi hallarda iddiaçılar texniki problemlərlə üzləşirlər. O, bu məsələlərlə əlaqədar iddiaçılardan daxil olan müraciətlərin dərhal araşdırılaraq problemin aradan qaldırıldığını və iddiaçılara bundan sonra da Agentlik tərəfindən lazımi dəstək göstəriləcəyini bildirdi.

“960” Çağrı Mərkəzinin əməkdaşı Firuzə Bəhramova “PƏNAH“ sistemi vasitəsilə müraciət qaydaları, online müraciətlərin qəbulu üçün sistemdə xüsusi “pəncərə”nin yaradılması, habelə iddia sənədinə daxil olan materialların sistemə yüklənməsi zamanı müşahidə olunan nöqsanlar və texniki çətinliklər barədə məlumat verdi. Bildirdi ki, Agentliyin əməkdaşları yaranan texniki çətinliklərin aradan qaldırılmasında da iddiaçılara zəruri köməklik göstərirlər.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova, şöbə müdirinin müavini - İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımova tərəfindən iddia obyektinə aid ərizənin və müqavilənin tərtib edilməsi qaydaları, iddia sənədini təşkil edən sənədlər toplusu, hər bir iddia obyektinə dair qrafik materiallara aid tələblər, PCT beynəlxalq sistemi vasitəsi ilə xaricdə patentləşdirmə, Avrasiya patentinin alınması qaydası, müddətləri və bu sahələrdə digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi. Onlar tədbir iştirakçılarına ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsi üçün iddia sənədlərinin verilməsi qaydaları barədə tədbir iştirakçılarının suallarını cavablandırdılar.

İddia sənədlərinin onlayn qaydada verilməsi praktik formada nümayiş etdirildi.

Sonra tədbir iştirakçıları Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxananın fondları ilə tanış oldular.

“Açıq Qapı Günü”ndə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fizika Elmi-Tədqiqat İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Radiasiya Problemləri İnstitutu, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu, SOCAR və Azərbaycan Meliorasiyavə Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nümayəndələri iştirak ediblər.

NaxçıvanDövlət Universitetinin nümayəndələri tədbirə onlayn qoşulmuşdur.

İştirakçılar “Açıq Qapı Günü”nün çox əhəmiyyətli olacağını bildirərək, belə tədbirlərin ali təhsil və elmi-tədqiqat müəssisələrində də keçirilməsini təklif etdilər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×