Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyində AZEL Systems MMC-nin Baş Direktoru və Microsoft-un Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir

​Əqli Mülkiyyət Agentliyində AZEL Systems MMC-nin Baş Direktoru və Microsoft-un Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir

16 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov AZEL Systems MMC-nin Baş Direktoru cənab İqor Yakovenkonu və Microsoft-un Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Qaçay Mirzəyevi qəbul etmişdir.

K.İmanov qonaqları salamlayaraq 15 iyun 2022-ci il tarixində imzalanmış “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının müddəalarına toxunmuşdur. O, Fərmanın böyük əhəmiyyətini vurğulayaraq bu addımın Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə atıldığını qeyd etdi.

Sonra əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət hüquqları obyektlərindən qanunsuz istifadəyə və piratçılığa qarşı tədbirlər görülməsinin Agentliyin fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edilmiş və bu istiqamətdə, o cümlədən lisenziyasız proqram təminatı istifadəsinə qarşı mübarizə sahəsində əlaqədar qurumlarla işlərin koordinasiya olunmuş şəkildə aparılmasının vacibliyi qeyd olunmuşdur.

İqor Yakovenko müzakirələrə qoşularaq rəhbərlik etdiyi qurumun fəaliyyəti və iş prinsipi barədə məlumat vermiş, Azərbaycanda proqram təminatı üzrə piratçılığa qarşı mübarizədə AZEL Systems MMC-nin mövqeyini görüş iştirakçılarına çatdırmışdır.

Qaçay Mirzəyev isə təmsil etdiyi təşkilatın proqram təminatı üzrə piratçılığa qarşı mübarizə sahəsində qarşıda duran problemləri qabartmış və onların həlli yolları barədə təkliflərini bildirmişdir. Eyni zamanda əlaqəli qurumlarla birlikdə, o cümlədən Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır

Bir fikir yekdilliklə ifadə edilmişdir ki, konkret təkliflər müzakirə predmeti olmaqla bu cür görüşlərin keçirilməsi və birgə layihələrin reallaşdırılması vacibdir.

Görüşdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev və AZEL Systems MMC-nin Baş Direktorunun müavini Teymur Xələfov iştirak etmişlər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×