Əqli Mülkiyyət Agentliyində Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib

Sentyabrın 17-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RETK-nın direktoru Mübariz Məmmədli Birləşmiş Millətlər Təşkilatı tərəfindən 21 sentyabr - Beynəlxalq Sülh Gününün təsis edilməsinin və müasir qlobal dünyada dialoq və anlaşma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. O, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında birgə bəyannamənin imzalanmasını Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olduğunu bildirib.
Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Akif Təvəkküloğlu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edilməsini qeyd edib və bu çərçivədə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsini sülh və insan hüquqları mədəniyyətinin təşviqinə xidmət edən mühüm təşəbbüs adlandırıb.
RETK-nın direktor müavini Sevda Rəsulova bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Qeyd edək ki, “Sülh Aylığı” çərçivəsində Agentlikdə sülh, insan hüquq və azadlıqları ilə bağlı kitabların sərgisi təşkil olunub.
#SülhAylığı#PeaceMonth

























