Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Sentyabrın 18-də Əqli Mülkiyyət Agentliyində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Agentliyin Aparat rəhbəri Xudayət Həsənli Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan olunmasının əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində əldə olunan böyük zəfəri və Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən uğurlu antiterror əməliyyatını Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olduğunu bildirib.

Tədbirdə çıxış edənlər vurğulamışdılar ki, 30 illik işğal xalqımızın iradəsini sındıra bilməmiş, müstəqillik və dövlətçilik əzmi sonda tarixi qələbəyə gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə öz gücü ilə nail olmuş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Hazırda Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.



Search×