Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü qeyd olunub

2024-cü il 20 sentyabr tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov əlamətdar gün münasibətilə Agentliyin rəhbərliyi adından kollektivi təbrik edib və Dövlət Suverenliyi Gününün hər kəs üçün qürurlu bayram olduğunu bildirib.

S.Tapdıqov “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb. O, müstəqillik əldə edildikdən sonra ölkəmizdə baş verən hadisələrə toxunub, Ermənistan tərəfindən ərazilərimizin işğal olunduğunu, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı həyata keçirildiyini diqqətə çatdırıb.

S.Tapdıqov Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunmasınının çox məharətlə həll edilməsini xüsusi vurğulayıb. 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin tam olaraq bərpa edildiyini bildirib.

Tədbirdə çıxış edən – Aparatın rəhbəri Xudayat Həsənli, İdarə Heyəti sədrinin müşavirləri Akif Təvəkküloğlu və Fərid Cəfərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətini vurğulayaraq, suverenliyin xalqımızın milli sərvəti olduğunu söyləyiblər.

Qeyd edək ki, Dövlət Suverenliyi Günü münasibətilə Agentliyin tabeliyində olan qurumlarda da tədbirlər keçirilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×