Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib

Əqli Mülkiyyət Agentliyində Heydər Əliyevin anadan olmasının  100-cü ildönümünə həsr olunan konfrans keçirilib

2023-cü il 5 may tarixində Əqli Mülkiyyət Agentliyində Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev Azərbaycan əqli mülkiyyət sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, Ulu Öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Lakin o da bir həqiqətdir ki, Ümummilli liderimizin gələcəyimizə olan səxavəti özünü bütövlükdə yaşadığı zamana həsr etmək idi. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır.

Heydər Əliyev dühasının sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən, müəlliflərin xeyrindən daha çox onların mənafeyinə zidd olan “əsərlərdən istifadə hüququ”, yaradıcılığa sipər çəkən amil kimi təsəvvür etdiyini qeyd edən K.İmanov Ulu Öndərin yaradıcılıq sərbəstliyi və dövlət müdaxiləsi arasında olan qeyri-bərabər vəziyyəti uçuraraq, “müəllif öz əsərinin sahibkarı yox, ancaq müəllifidir” prinsipinin dağıdılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırıb.

O, Heydər Əliyevin müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratdığını, müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək gələcək müəlliflik hüququna əsaslanan “mədəni (kreativ)” sənayenin təməl daşını qoyduğunu bildirib.

K.İmanov sovet patent sistemində də yaradıcının sıxıldığını söyləyərək ixtiraçının patent hüququnun sahibi deyil, o yalnız ixtiraçı olduğunu və heç təsadüfi deyil ki, o zamankı qanunvericiliyin patent haqqında yox, ixtiraçı fəaliyyəti haqqında olduğunu vurğulayıb. Bu xoşagəlməz vəziyyəti Ulu Öndərin uzaqgörənliyi aradan qaldırmış, patent haqqında qanun qəbul edilmiş və ixtiraçının hüquqları bərpa olunmaqla, yenilikçiliyə, innovasiyaya yol açılmışdır.

Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası, Cenevrə Konvensiyası, Roma Konvensiyası, İnternet müəllif-hüquq müqavilələrində və digər mötəbər beynəlxalq təsisatlarda və qurumlarda fəal iştirak edir, ÜƏMT-nin diplomatik konfranslarında rəhbər orqanlara seçilir. Heç təsadüfi deyil ki, Azərbaycan ÜƏMT-nın 190 üzv-dövlət sırasından dəfələrlə bu təşkilatın fəaliyyətini əlaqələndirən Koordinasiya Komitəsinin üzvü seçilmişdir. Həmçinin Azərbaycan nümayəndəsi 150-dən artıq dövləti birləşdirən məşhur Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının sədr müavini, sonra isə sədri seçilmişdir. Hazırda isə ölkəmizin nümayəndəsi ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin Assambleyasının sədridir.

K.İmanov xüsusi ilə qeyd edib ki, Ümummilli liderin uzaqgörən siyasətinəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyət sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaradıcılıqla keçirilən varislik xəttində, səyləri və dəstəyi ilə uğurla inkişaf edir. Belə ki, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermiş, Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi institutsional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin və müəlliflik hüququnun bir örtük altında birləşdirilərək, Əqli Mülkiyyət Agentliyinin yaradılması dövlət başçısının bu sahəyə olan diqqət və qayğısının növbəti təzahürüdür. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Sonra Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin “Müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzəsi dinlənilib. O, Ulu Öndərin əqli mülkiyətə, əqli mülkiyyətin yaradıcılarına, əqli mülkiyyətin qorunub saxlanmasında əməyi olan hər bir şəxsə xüsusi diqqəti və qayğısının olduğunu bildirib. Məhz bu qayğının nəticəsində Agentlik qonorar toplayan ictimai birlik statusundan mərkəzi icra hakimiyyəti orqanı statusunda fəaliyyət göstərən dövlət qurumuna çevrilmişdir. Bu, Ulu Öndərin Azərbaycan xalqına, Azərbaycanın əqli mülkiyyət yaradıcılarına ən böyük və dəyərli töhfələrindən biridir. Bu gün biz Əqli Mülkiyyət Agentliyində çalışmağımızı böyük qürur və fəxr hissi ilə deyə bilərik.

X.Həsənli Ulu Öndərin əqli mülkiyyətə böyük diqqət yetirdiyini, Azərbaycan mədəniyyətinin inkişafına qayğı göstərdiyini, Azərbaycan mədəniyyətini və ədəbiyyatını ümumiyyətlə intellektual mülkiyyət kimi xarakterizə etdiyini vurğulayaraq Heydər Əliyevin sözlərini xatırladıb: “Bu gün müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.”

Daha sonra çıxış edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktorunun 1-ci müavini, direktorun vəzifəsini icra edən Mübariz Məmmədli dərin intellekt, yüksək mədəniyyət, planetar düşüncə, misli görünməmiş enerji və yaradıcılıq qabiliyyətinə görə dünya siyasət tarixinin ən parlaq simalarından olan Heydər Əliyevin azərbaycanlı olmasından şərəf və qürur duyduğunu bildirib. O, vurğulayıb ki, müsəlman Şərqində demokratik respublika anlayışı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə formalaşmağa başlasa da, uzun illər ərzində bu siyasi kontent unutdurulmuş, müstəqil milli dövlətçilik ənənələrinə qadağalar tətbiq edilmişdir. Bu neqativ proseslərin, yalnız milli düşüncə sahibi, xalqına qəlbən bağlı, Ulu Öndərin respublika rəhbərliyində təmsil olunduğu 1969-1982-ci illərdə və sonradan, 1993-cü ildən başlayaraq ikinci dəfə Azərbaycanın dövlət başçısı kimi fəaliyyəti illərində qarşısı alınmışdır.





Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×