Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində kitab sərgisi keçirilib

Əqli Mülkiyyət Agentliyində kitab sərgisi keçirilib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) kitab sərgisi keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil olunan sərgidə son illərdə RETK-nın fonduna daxil olmuş ədəbiyyat nümunələri nümayiş etdirilib.

Sərginin açılışında çıxış edənlər bildiriblər ki, kitab keçmişlə gələcək arasında əlaqə vasitəsi, nəsillər və mədəniyyətlər arasında bir körpü rolunu oynayır. Hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar bütün dünyada müxtəlif tədbirlər həyata keçirilir. Bu önəmli gün Azərbaycanda 1997-ci ildən başlayaraq qeyd edilir. Bu əlamətdar günün keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük rolunu vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanması işində əhəmiyyətini qeyd etmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, əsas diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdən ibarətdir.

Sərgi qonaqların böyük marağına səbəb olub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Aparatın rəhbəri Xudayət Həsənli, İdarə Heyəti sədrinin müşaviri Akif Nəsirov, Agentliyin əməkdaşları, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin rəhbərliyi və tələbələri, Milli Aerokosmik Agentliyinin nəzdində olan Ekologiya İnstitutunun təmsilçiləri, eləcə də RETK-ya üzv olan oxucularsərgi ilə tanış olub, kitablar barədə müxtəlif suallarla sərginin təşkilatçılarına müraciət ediblər. İştirakçıları maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılıb və hər bir mövzu haqqında onlara ətraflı məlumat verilib.

Sərgidə həmçinin “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" mövzusunda videomaterial nümayiş etdirilib.




Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×