Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

2022-ci il 14 iyun tarixində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan RETK-nın direktorunun səlahiyyətlərini icra edən, İnnovasiya və inkişaf üzrə direktorun birinci müavini Səbinə Sultanova konfrans iştirakçılarını salamlayaraq Milli Qurtuluş Gününün əhəmiyyəti barədə danışıb.

Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik olan Milli Qurtuluş Günü ilə bağlı məruzə ilə çıxış edib. O, müstəqilliyin ilk illərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi və iqtisadi böhran dövründə 1993-cü il 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın daha böyük fəlakətlərdən xilas olduğunu və gələcək inkişafın təməlinin qoyulduğunu bildirib. N.İsayev həmin dövrdə baş verən hadisələrə toxunaraq ölkədə hərc-mərcliyin, separatçılığın vüsət aldığını qeyd edərək məhz Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlandığını vurğulayıb.

Konfransda çıxış edənlər Heydər Əliyevin SSRİ dövründə və müstəqillik illərimizdə siyasi və iqtisadi quruculuq fəaliyyəti, o cümlədən kitabxana işinin inkişafına verdiyi töhfələr və bu sahədə milli qanunvericiliyin yaradılması istiqamətində gördüyü işlər barəsində məlumat veriblər.

Tədbirin sonunda Heydər Əliyevin Agentlikdəki büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.


14.06.2022


Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×