Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

2024-cü il 14 iyun tarixində Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov əvvəlcə Agentliyin rəhbərliyi adından təbriklərini çatdırıb. O, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranmış anarxiyadan, hakimiyyətdəki boşluqdan, separatçılığa meyllərdən danışaraq dövlətçiliyimizin təhlükə altında olduğunu bildirib. Qeyd edib ki, belə ağır dövrdə, 1993-cü 15 iyun tarixində Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizdə yeni inkişaf dövrünün əsasını qoyub.

S.Tapdıqov müasir Azərbaycan dövlətçiliyinin banisi H.Əliyevin dövlət idarəçiliyindəki uzunmüddətli təcrübəsinə əsaslanaraq qısa zamanda ölkəmizdə siyasi sabitlik yaradıldığını, neft kontraktlarının imzalandığını, xarici siyasətdə uğurların əldə edildiyini vurğulayıb. O, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edərək bu uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə dönüşünün - Milli Qurtuluş Gününün durduğunu bildirib.

Agentliyin Aparatının rəhbəri Xudayət Həsənli və İdarə Heyətinin sədrinin müşaviri Akif Təvəkküloğlu çıxış edərək H.Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda böhran vəziyyətinin dayandırıldığını, sabitliyin yaradıldığını və bütün sahələrdə inkişafın başlandığını qeyd ediblər və bu günlə əlaqədar öz təssüratlarını bölüşüblər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×