Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

2024-cü il 19 mart tarixdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu Agentliyin rəhbərliyinin təbriklərini çatdırıb, xalqımız üçün əlamətdar olan bu günün qeyd olunması tarixindən danışıb, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Novruz bayramının ölkəmizdə daha təmtəraqla qeyd olunduğunu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad olunduqdan sonra isə bu bayramın Azərbaycanın bütün ərazisində keçirildiyini bildirib. O, Novruz bayramının mənəvi dəyərlərinə toxunaraq insanların ürəyinə mərhəmət, birlik, paylaşmaq kimi insani keyfiyyətlər aşılayan bu bayram məhz qəlblərin bayramı olduğunu vurğulayıb.

RETK-nın direktoru Mübariz Məmmədli çıxışında Novruz ənənələrinin hələ qədimlərdən başlandığını, Orta və Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələrində də qeyd olunduğunu bildirib. O, qədimtarixi köklərə malik olan Novruz bayramının təbiətin oyanışı ilə əlaqədar olduğunu, dünyanın bir çox ölkələrində keçirilən bu bayramın adət-ənənələrinin uzun illərdir ki, qorunub saxlanıldığını və bundan sonra da saxlanılacağını söyləyib. Martın 18-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını alovlandırmasının hər bir kəsdə qürur hissi yaratması diqqətə çatdırılıb.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli, RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova Novruz bayramının əhəmiyyətindən danışıblar.

Tədbir zamanı Novruz bayramı ilə əlaqədar video-çarx nümayiş etdirilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×