Əqli Mülkiyyət Agentliyində təlim davam edir
Əqli Mülkiyyət üzrə Milli Təlim Mərkəzi tərəfindən “Əqli mülkiyyət hüququna giriş” mövzusunda təşkil olunan təlim davam edir.
Əqli Mülkiyyət Agentliyinin və tabeliyində olan qurumların əməkdaşlarının iştirak etdiyi təlimin növbəti mərhələsində sənaye mülkiyyəti üzrə aşağıdakı mövzularda mühazirələr dinlənilib:
- İxtiranın və faydalı modelin patent qabiliyyəti şərtləri;
- İxtira və faydalı modelobyektlərinə dair patent almaq üçün iddia sənədinin verilməsi qaydaları;
- İxtira və faydalı modelinekspertizasın aparılması və qərar verilməsi. İxtira və faydalı modelin ilkinliyi;
- Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri. Sənaye nümunəsinin obyektlərinə dair patent almaq üçün iddia sənədinin verilməsi qaydaları;
- Sənaye nümunəsinin ekspertizasın aparılması və qərar verilməsi. Sənaye nümunəsinin ilkinliyi;
- Patentin qüvvədə olması, etibarsız sayılması, ötürülmüş müddətin bərpası;
- İxtira, faydalı model və sənaye nümunəsinin xarici dövlətlərdə patentləşdirilməsi.
Dərslər Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertiazası şöbəsinin müdir müavini, Fizika sektorunun müdiri Sevinc Zeynalova tərəfindən keçirilib.