Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində veteran jurnalistin yubileyi keçirilib

Əqli Mülkiyyət Agentliyində veteran jurnalistin yubileyi keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində veteran jurnalist, hazırda “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktoru Şərif Kərimlinin 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Nəcəf Quliyev bildirib ki, ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş Ş.Kərimli yarım əsrdir ki, ölkəmizin müxtəlif mətbuat orqanlarında çalışır. 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ş.Kərimli “Yazıçı” və “İşıq” nəşriyyatlarında redaktor, şöbə müdiri, 1989-cu ildən “Gənclik” jurnalında ədəbi işçi, məsul katib, redaktor müavini, 1989-1995-ci illərdə isə “Azərbaycan” qəzetində müxtəlif vəzifələrdə çalışıb.

Mərkəzin direktor müavini Rövşən Nəsirov öz çıxışında qeyd edib ki, Ş.Kərimli yüzlərlə publisistik məqalə ilə yanaşı, bədii və bədii-publisistik kitabların da müəllifidir. Onun 2015-ci ildə işıq üzü görmüş “Ötən illərin harayı” kitabı və 2023-cü ildə çapdan çıxmış “Pəhləvanın taleyi” adlı sənədli-tarixi romanı oxucular tərəfindən maraqla qarşılanıb.

Toplantıda çıxış edən Mərkəzin digər əməkdaşları Ş.Kərimlinin həm jurnalist, həm də pedaqoji fəaliyyətindəki spesifik məqamlar üzərində dayanıb, onu siyasi, ictimai, elmi və bədii yaradıcılığı bir-biri ilə uyğunlaşdırmağı, vəhdətdə tutmağı bacaran vətənpərvər qələm sahibi olaraq dəyərləndiriblər.

Sonda çıxış edən yubilyar Şərif Kərimli xoş sözlərə və yaradıcılığına verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyinin müvafiq əmri ilə Şərif Kərimli 70 illik yubileyi münasibətilə və uzunmüddətli fəaliyyətinə görə Agentliyin Fəxri Fərmanı ilə təltif edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×