Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Əqli Mülkiyyət Agentliyində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Agentliyin Aparat rəhbəri Xudayət Həsənli tədbir iştirakçılarını “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi əbədi yaşayacaq. X.Həsənli xüsusi olaraq qeyd edib ki, bu qələbə Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadəti sayəsində, habelə qəhrəman əsgərlərimizin canı və qanı bahasına, eləcə də xalqımızın güclü birliyi nəticəsində milli ruhumuz yenidən dirçəltdi.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu 8 Noyabr – Zəfər Gününün xalqımızın əzmini, birliyini və mübarizə ruhunu təcəssüm etdirən ən qürurlu tarixlərdən biri olduğunu vurğulayıb.

***

Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə onun tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 8 Noyabr Zəfər günü münasibətilə “Zəfərə aparan yol” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan RETK-nın direktoru Mübariz Məmmədli Zəfər Gününün dövlətimizin ərazi bütövlüyünün bərpasının və suverenliyimizin təmin edilməsinin rəmzi olduğunu bildirib. Qeyd edib ki, Zəfər Günü 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmışdır.

Dəyirmi masada çıxış edən Agentliyin Aparat rəhbəri Xudayət Həsənli vurğulayıb ki, 8 Noyabr – Zəfər günü xalqımız üçün tarixin ən şanlı səhifələrindən biridir. O, məhz Prezident İlham Əliyevin siyasi iradəsi və sərkərdəlik məharəti sayəsində Azərbaycanın suverenliyinin bərpa edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu zəfərin qazanılmasında arxa cəbhədə, o cümlədən hər kəsin öz iş yerində qəhrəman Azərbaycan ordusuna göstərdiyi mənəvi dəstəyin də böyük rolu olmuşdur. Xalqımızın qədim və zəngin qeyri-maddi irsinin ermənilər tərəfindən mənimsənilməsi faktları ikinci Qarabağ müharibəsi dövründə də davamlı şəkildə ifşa olunurdu. Əqli Mülkiyyət Agentliyi mötəbər tarixi mənbələrə istinad etməklə erməni ədəbi oğurluğunu, erməni saxtakarlığını ifşa edən kitablar nəşr edib yaymışdır. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu bu kitablar erməni plagiatçılığı və saxtakarlığının ifşasında əhəmiyyətli rol oynayır.

RETK-nın direktor müavini Sevda Rəsulova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu qələbənin dövlətimizin və xalqımızın birliyinin gücünü bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin əməkdaşı, 1-ci Qarabağ müharibəsi veteranı Şöhlət Abbasov öz xatirələrini danışdı.

Tədbirdə Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib və kitab sərgisi təşkil olunub. Sərgidə birinci və ikinci Qarabağ müharibəsi, qəhrəman şəhidlərimiz haqqında müxtəlif kitablar nümayiş etdirilib.

***

Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində və Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində təşkil olunan iclaslarda 8 Noyabr Zəfər Gününün tariximizin ən şanlı səhifələrindən biri oduğunu vurğulanıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, əsgərlərimizin şücaəti və Azərbaycan xalqının iradəsi İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmizi təmin etdi.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron Xidmətlərstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/FİPS jurnalı
Search×