Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda çıxış edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda çıxış edib

2023-cü il 27-28 aprel tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqi Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif” (“Автор/Author”)III beynəlxalq elmi-praktiki konfransı keçirilib.

Tədbirin açılışında UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, Rospatentin rəhbəri Yuriy Zubov, APT-nın prezidenti Qriqoriy İvliyev, Ali İqtisadiyyat Məktəbinin rektoru Nikita Anisimov, Rusiya Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Afrika Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Mondezir Ualu Panuala çıxış ediblər.

Sonra Q.İvliyevin moderatorluğu ilə konfransın plenar iclası keçirilib. İclasa onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “Cəmiyyət, mədəniyyət və hüquq məkanında müəllif” mövzusunda geniş məruzə ilə çıxış edib.

K.İmanovun məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və rəğbətlə qarşılanıb, qaldırılan məsələlərin müəlliflik hüququ sahəsinin tədqiqi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Q.İvliyev fənlərarası yanaşmanın imkanlarından mükəmməl şəkildə istifadə etməklə təqdim olunan bu məruzənin zəngin olduğunu qeyd edib və buna görə K.İmanova təşəkkürünü bildirib. O, bu məruzənin UNESCO kafedrasının əqli mülkiyyətə dair elmi jurnalında yerləşdiriləcəyini qeyd edərək, belə materialların yalnız konfransda dinləməyə deyil, onların üzərində bir çox tədqiqatçıların sistemli işləməsinə imkan yaradılacağını diqqətə çatdırıb.




Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×