Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov ilə görüşüb
2024-cü il 16 iyul tarixində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov ilə görüşüb.
K.İmanov Agentliyi ziyarət etdiyinə görə F.Adıgözəlova təşəkkürünü bildirib, Agentliyin fəaliyyəti barəsində ətraflı məlumat verib. O, Agentliyin strukturu və tabeliyində olan qurumların fəaliyyət istiqamətlərindən də danışıb. K.İmanov qeyd edib ki, Dövlət Reklam Agentliyi reklamlarda müəlliflik hüququnu qorumalıdır. Əqli Mülkiyyət Agentliyi bu sahədə Dövlət Reklam Agentliyinə kömək etməyə hər zaman hazırdır.
F.Adıgözəlov Dövlət Reklam Agentliyinin strukturu, ölkədə reklam fəaliyyəti və bu sahənin inkişafı məsələlərindən danışıb, Agentlikdə aparılan islahatlar haqqında məlumat verib.
Görüşdə hər iki qurumun qarşılıqlı fəaliyyət istiqamətləri, həmçinin gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. İki Agentlik arasında əməkdaşlıq haqqında yaxın zamanda memorandumun imzalanması məqsədəuyğun sayılıb.