Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə görüşüb

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə görüşüb

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə görüşüb.

K.İmanov Agentliyi ziyarət etdiyinə görə M.Vasilevaya təşəkkürünü bildirib, Agentliyin fəaliyyəti barəsində ətraflı məlumat verib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, bu sahədə iş planının müəyyən edilməsi üzrə razılıq əldə edilib.

Sonra M.Vasileva Agentliyin tabeliyindəki Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzininin fəaliyyəti ilə yaxından tanış olub. Mərkəzin direktoru Əli Qasımzadə Mərkəzin ölkəmizdə innovativ inkişafın dəstəklənməsi, ixtiraçılıq fəaliyyətinin inkişaf etdirilməsi, eləcə də elm və sənaye arasında dayanıqlı bağlantının təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 aprel tarixli 1308 nömrəli Fərmanı əsasında yaradıldığını bildirib. O, əlavə olaraq bildirib ki, Mərkəz geniş tətbiq imkanlarına malik qorunan patent obyektlərini və digər əqli fəaliyyət nəticələrini müəyyən edir və onların kommersiyalaşdırılması və transferinə dəstək tədbirlərini həyata keçirir.

M.Vasileva belə əqli fəaliyyət nəticələrindən biri olan və nümunəsi Agentliyin inzibati binasında quraşdırılan yerli idman trenajoru ilə xüsusi maraqlanıb və ona qurğunun tətbiq imkanları, eləcə də üstünlükləri barədə məlumat verilib. Həmçinin, trenajorun kütləvi tətbiqi ilə bağlı onun zəruri ekspert rəylərindən keçirilməsinin vacibliyi tərəflər arasında müzakirə olunub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×