Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov mədəniyyət naziri Adil Kərimli ilə görüşüb

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov mədəniyyət naziri Adil Kərimli ilə görüşüb

2024-cü il 25 iyul tarixində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Görüşdə ortaq maraq doğuran məsələlər geniş müzakirə olunub, bu cür görüşlərin əhəmiyyətindən danışılıb, son dövrlər iki dövlət qurumu arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.

Uzun illərdən bəri ermənilər tərəfindən Azərbaycan xalqına məxsus folklor nümunələrinin, həmçinin müəllif əsərlərinin oğurlandığı, buna qarşı hər zaman mübarizə aparıldığı və bundan sonra da bu sahədə birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, müəllif hüquqlarının qorunması və təminatı məsələsi daim diqqət mərkəzində saxlanılacaq.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, bu sahədə həyata keçiriləcək bir sıra işlər üzrə fikir mübadiləsi aparılıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×