Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin Assambleyasında onlayn rejimdə çıxış edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nin Assambleyasında onlayn rejimdə  çıxış edib

İyulun 8-də Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası başlayıb.

İclasda ÜƏMT-nin Baş direktoru Daren Tanqın məruzəsi dinlənilib. Baş direktor Daren Tanq yaradıcı iqtisadiyyatın (kreativ iqtisadiyyat) iqtisadi töhfəsinin daha da artırılması, onun həcmini daha dəqiq və davamlı şəkildə ölçmək məqsədilə ÜƏMT tərəfindən hazırlanmış yeni modelin bir neçə ölkədə, o cümlədən Azərbaycanda uğurla sınaqdan keçirildiyini qeyd etdi. Vurğuladı ki, ÜƏMT bu sahədə fəaliyyətini bundan sonra da genişləndirəcək.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Assambleyanın iclasına onlayn rejimdə qoşularaq ingilis dilində çıxış edib. O, Azərbaycan nümayəndə heyəti adından tədbir iştirakçılarını salamlayıb və ÜƏMT Katibliyinə uğurlar arzulayıb.

Agentliyin rəhbəri vurğulayıb ki, Azərbaycanda həyata keçirilən islahatlar “Azərbaycan 2030” və “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq, yaradıcı sahibkar və rəqabətqabiliyyətli bazarlarla yanaşı, innovasiyaları dəstəkləyən əqli mülkiyyət (ƏM) prioritet sahə kimi müəyyən edilmişdir.

K.İmanov inzibati prosedurların rəqəmsal əsasda transformasiyasının nəticəsi olaraq yaranan və ÜƏMT-nin IPAS (Industrial Property Administration System) sistemi ilə inteqrasiya olunmuş milli PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) platformasının "bir pəncərə" prinsipi üzrə iddiaçılarla təmassız əlaqəni, 24/7 rejimində istənilən məkandan onlayn müraciət və ofislə rəqəmsal məkanda qarşılıqlı fəaliyyəti təmin etməsi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, reyestrlərin açıq olması, 3D formatın tətbiqi, patent analitikası, iddia sənədlərinin baxılma müddətinin azaldılması, süni intellektin tətbiqi ilə iddia sənədlərinin verilməsi imkanları və ixtiraçılıq, patent aktivliyinin artması işğaldan azad olunmuş ərazilərdə yaradılan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları ilə bağlı xüsusi əhəmiyyət daşıyır.

K. İmanov bildirib ki, biz cənab Tanqın ƏM-in təcrid olunmuş hüquqi sahə kimi deyil, əksinə, qeyri-maddi aktivlər portfeli kimi qəbul etmək lazım olduğu fikrini dəstəkləyirik.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K. İmanovun fikrinə əsasən, əqli mülkiyyətin yenidən dərk edilməsi zamanı ƏM yalnız müstəsna hüquqlar kimi deyil, ilk növbədə hüquqi mühafizə ilə təmin olunmuş əqli fəaliyyət nəticələri kimi başa düşülür. Bu da ƏM institutunun hüquqi çərçivə ilə yanaşı, iqtisadi əhəmiyyət və sosial-mədəni təsir baxımından da kompleks şəkildə dəyərləndirilməsini tələb edir.

K.İmanov sonda patent və müəllif hüququ sahələrinin qarşılıqlı inteqrasiyasının vacib olduğunu vurğulayıb. K.İmanovun çıxışı alqışlarla qarşılanıb və yüksək dəyərləndirilib.

Qeyd edək ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova, İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əfsanə Mirzəzadədən ibarət nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin üzvlərinin bir sıra görüşləri və aktual məsələlər üzrə müzakirələri nəzərdə tutulub.

Xatırladaq ki, ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası iyulun 17-dək davam edəcək.



Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×