Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri “Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirədə çıxış edib
2022-ci il 23 fevral tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və KOBİA yanında İctimai Şura tərəfindən “Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə çıxış ediblər.
İctimai Müzakirəyə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov geniş təqdimatla çıxış edib və Agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib.
K.İmanovun çıxışını və təqdimatını təqdim edirik.