Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün indi daha əlçatandır

Əqli Mülkiyyət Agentliyinin informasiya ehtiyatları əlilliyi olan şəxslər üçün indi daha əlçatandır

Əqli Mülkiyyət Agentliyinin informasiya ehtiyatlarının istifadəçilər üçün daha əlçatan və rahat istifadəsini təmin etmək məqsədilə Agentliyin internet saytına xüsusi müyəssərlik (əlçatanlıq) menyusu inteqrasiya edilib.

Hazırlanan müyəssərlik menyusu istifadəçilərin fərqli ehtiyaclarını nəzərə alaraq internet saytın istifadəsini daha rahat edir. Menyu vasitəsilə istifadəçilər müxtəlif vizual və funksional tənzimləmələrdən istifadə edə bilirlər. Bu imkanlar xüsusilə görmə zəifliyi olan və ya xüsusi ehtiyacları olan istifadəçilərin sayt məzmununa daha rahat çıxış əldə etməsinə kömək edir.

Menyu şrift ölçüsünün artırılması, kontrast rejiminin dəyişdirilməsi, rəng və vizual görünüşün optimallaşdırılması, oxunaqlığın vizual tənzimlənməsi kimi imkanları təmin edir.

Bu modul tamamilə Agentliyin daxili resursları hesabına hazırlanıb və internet saytın mövcud infrastrukturu ilə inteqrasiya olunub. Həllin tətbiqi nəticəsində saytın əlçatanlıq səviyyəsi yüksəldilib.

Tətbiq edilən yeni funksional xidmət Agentliyin informasiya ehtiyatlarından daha geniş auditoriya tərəfindən istifadəni təmin etməklə yanaşı, əlilliyi olan şəxslər üçün əlçatanlığın təmin edilməsi məqsədilə müasir veb standartlarına uyğun inklüziv və əlçatan rəqəmsal mühitin formalaşdırılmasına töhfə verir.



Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×